"İraq Şam İslam Dövləti" təşkilatının İraqın ən böyük neft emalı zavodu Beyciyi ələ keçirməsi kürd rəhbərliyinin gözünü Türkiyəyə çevirməsinə gətirib çıxarıb.
Axar.az xəbər verir ki, Şimali İraq Kürd rəhbərliyi Türkiyədən neft ixracatını 50 faiz artırmağı istəyib.
Türkiyə isə bu tələbin hamısının qarşılanması halında Haburun iflic vəziyyətdə qalacağını, bu səbəbdən də əvvəlcə təcili ehtiyacların qarşılanmasının vacib olduğunu bildirib.
Türkiyədən 9 min ton mühərrik yağı, benzin və müxtəlif təmizləyici məhsullar tələb edən Bərzani rəhbərliyi Beycinin yararsız hala düşməsindən sonra bu rəqəmin 4 min top artırılmasını istəyib.


Şərhlər