Menu

“Qoca” ilə qaçarkən yaralanan şəxs Pentensiar Xidmətin müəssisəsinə aparılıb

02.11.2017, 11:09
“Qoca” ilə qaçarkən yaralanan şəxs Pentensiar Xidmətin müəssisəsinə aparılıb

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyat zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğlunun yarası ağır olmadığından o, 1 saylı Kliniki Tibbi Mərkəzdən Pentensiar Xidmətin müəssisəsinə aparılıb.

“Report”un xəbərinə görə, digər yaralı 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğluna dəyən güllə bazu oynağından girib sümüyünü bir neçə yerdən sındırıb. Güllə hazırda onun dirsək oynağı nahiyəsində qalıb. Hazırda xəstəyə baxış keçirilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov və onun yanındakı İlqar Əzimov öldürülüb, A.Əsgərov və Ş.Bəyəlizadə güllə xəsarəti alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol