Menu

İranın XİN rəhbəri dekabrda Azərbaycana səfər edəcək

02.11.2017, 17:38

mohammad_javad_zarif_130815Dekabrın 20-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfər edəcək.

Trend-in diplomatik mənbədən əldə etdiyi məlumata görə, İranın XİN rəhbəri Bakıda azərbaycanlı və türkiyəli həmkarları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə üçtərəfli görüşdə iştirak etmək üçün səfərə gələcək.

Azərbaycan, İran, Türkiyə üçtərəfli görüşündə regional problemlər və qarşılıqlı münasibətlərin inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol