Bitcoin-ə qarşı iradlar gəlməyə davam edir.
İsveçrənin ikinci ən iri maliyyə konqlomeratı Credit Suisse-ın İcraçı direktoru Tidjane Thiam da Bitcoinin bir "köpük" olduğunu düşünənlər arasına qatılıb.
"New York Times" tərəfindən təşkil olunan bir konfransda danışan Thiam, "Bu gün Bitcoin almağın və ya satmağın yeganə səbəbi pul qazanmaqdır. Bu saxtakarlıq və bir "köpük"dür" deyib.
Thiam, Bitcoin-ə olan marağının zaman ərzində azalacağını gözlədiyini də vurğulayıb.
Kriptovalyuta Bitcoin isə dəyər qazanmağa davam edir.
Ötən 2 gündə 6448 dollardan 7355 dollar səviyyəsinə qədər yüksələn Bitcoin-in qiyməti bir az geriləsə də tez toparlanıb. Coindesk.Com-a görə Bitcoin bu dəqiqələrdə dünənə görə 2,8 faiz artımla 7228 dollar səviyyəsindən ticarət olunur. /"Marja"


Şərhlər