Menu

Antalyada güclü yanğın- FOTOLAR

29.06.2014, 12:17
Antalyada güclü yanğın- FOTOLAR

Kumluca qəsəbəsində 4 hotelin və bir restoranın da yandığı bildirilir

Türkiyənin Antalya şəhərində meşə yanğınları artıq hotel və pansionatların olduğu əraziyə keçib.

4 hotel, suvenirlərin satıldığı mağaza və bir restoran yanıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Antalyanın Kumluca qəsəbəsindəki istirahət mərkəzlərində olan turistlərin hamısı ərazini tərk edib. Hazırda meşə yanğınları davam edir.

Qeyd edək ki, Antalyanın Kumluca qəsəbəsində meşə yanğınları ötən gün günorta saatlarından başlayıb. Ehtimal olunur ki, yanğın meşədə istirahət edən şəxslərin ehtiyatsızlığı ucbatından baş verib. (anspress.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol