Menu

"Bəzi məmurlar Rafiq Hüseynovu televiziyadan uzaqlaşdırdılar" - Fərhad Bədəlbəyli

03.11.2017, 18:13
"Bəzi məmurlar Rafiq Hüseynovu televiziyadan uzaqlaşdırdılar" - Fərhad Bədəlbəyli

"Heyif ki, onun qədrini bilmədik".

APA-nın məlumatına görə, bunu Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli görkəmli diktor Rafiq Hüseynovun vida mərasimində deyib. O, bildirib ki, Rafiq Hüseynovun timsalında böyük dostunu itirib: "Dost itirəndə ürəkdən bir parça da gedir. Rafiq son dərəcə professional şəxsiyyət idi. Müslüm Maqomayev hansı dərəcədə populyar idisə, Rafiq də eyni dərəcədə məşhur idi. Moskvanın ən məşhur diktorları deyirdilər ki, sizin Rafiq Hüseynov kimi böyük diktorunuz var. Heyif ki, onun qədrini bilmədik. Bəzi məmurlar onu televiziyadan uzaqlaşdırdılar. Çox heyfslənirəm ki, biz bəzən böyük insanlara soyuq münasibət bəsləyirik. Çox heyif, belə bir böyük insanı itirdik".

Şərhlər

Quliyev Elxan Sarı o. 2017-11-03 18:13:35

Səməd Vurğun və Rafiq Hüseynov kimilərini yenidən qazanmaq üçün xalqınmıza azı bir əsr vaxt lazım olacaq. Heç olmazsa hər tərəfli yaradıcı insan olan hüquqşünas İlyas İsmayılovun qədrini bilmək lazımdır.İndiki dövrdə isə yarınanların qayğısına çox qalırlar.

ilqar 2017-11-03 18:13:35

Sizki hormetli bir ziyaliydiniz niye feryat cekmediniz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol