Menu

Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9-a çatdırldı - SİYAHI

03.11.2017, 17:30

artur_rasizade_230715Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edilib.

“Report” xəbər verir ki, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyinin qərarı təsdiqlənib.

Sənədlə nazirliyin kollegiya üzvlərinin sayı 4-dən (sədrlə birlikdə) 9-a çatdırılıb.

Kollegiyanın sədri:

Şahbazov Pərviz Oqtay oğlu

- Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

Cavadov Gülməmməd Süleyman oğlu

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbasov Natiq Balaş oğlu

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Hüseynov İftixar Hüseyn oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri

Ağayev İbrahim Hümbət oğlu

Nağıyev Fazil Mirağa oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının hüquqi münasibətlər şöbəsinin müdiri

- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri

Məsimova Xalidə Məhəmməd qızı

Hüseynov Cəfər Əlisəf oğlu

Sadıqov Hacıqulu Rəvan oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi.

Qərar bu gündən qüvvəyə minib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol