Menu

DİN-ə yeni səlahiyyətlər verildi

03.11.2017, 17:54
DİN-ə yeni səlahiyyətlər verildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.17-1-ci yarımbənd əlavə edilir:

“3.1.17-1. dövlət avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış təkliflər verir, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsində iştirak edir;”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol