Menu

Çempionlar Liqasının finalı İstanbulda keçirilə bilər

04.11.2017, 00:09
Çempionlar Liqasının finalı İstanbulda keçirilə bilər

Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final qarşılaşması üçün namizədliyi irəli sürülüb.

"Haber7" bildirir ki, bu barədə Avropa futbol qurumu (UEFA) məlumat yayıb.

UEFA həmçinin bu görüş üçün Portuqaliyanın "Benfika" klubunun "Estadio da Luz" stadionunun da namizəd olduğunu açıqlayıb.

Bundan əlavə, UEFA Avropa Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün Polşanın "Arena Gdansk" və Portuqaliyanın "Dragao" stadionlarının namizədliklərini irəli sürdüklərini də açıqlayıb.

UEFA bununla bağlı qərarını 2018-ci ilin iyununda verəcək.

Xatırladaq ki, Atatürk Olimpiya Stadionu 2005-ci ildə İngiltərənin "Liverpul" və İtaliyanın "Milan" komandaları arasında baş tutan Çempionlar Liqasının final qarşılaşmasına ev sahibliyi edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol