«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp «İslam Dövləti» (İD) qruplaşmasının Nyu-Yorkun mərkəzində törədilmiş terror aktına görə, məsuliyyəti öz üzərinə götürməsi barədəki bəyanatını şərh edib.
ABŞ lideri öz tvitterində yazıb ki, ABŞ vətəndaşlarına qarşı törədilən hər bir terror aktına görə, terrorçular yüksək «bədəl» ödəməli olacaqlar. Hücumu həyata keçirmiş terrorçunun özünü isə «heyvan» və «degenerat» adlandırıb.
Bundan başqa, Prezident qeyd edib ki, ABŞ hərbçiləri Yaxın Şərqdə terrorçulara endirilən zərbələrin intensivliyini və tezliyini artırıblar.
«Elə indicə «İD» qruplaşması elan etdi ki, Vest-Sayda gözəl insanları öldürən və yaralayan heyvan-degenerat onların «əsgəri» olub. Bu halda ABŞ hərbçiləri son iki gündə «İD»-ə daha güclü zərbələr endiriblər. Onlar bizə qarşı törətdikləri hər hücuma görə, yüksək bədəl ödəyəcəklər» - Tramp qeyd edib.
Bundan əvvəl «İslam dövləti» terrorçu qruplaşma Manhettendə törədilmiş terror aktına görə, ortaya heç bir sübut qoymadan, məsuliyyəti öz üzəninə götürdüyünü bəyan etmişdi.


Şərhlər