Menu

ABŞ-da tanınmış aktyor intihar edib

04.11.2017, 01:22
ABŞ-da tanınmış aktyor intihar edib

Los-Ancelesdə ABŞ-ın tanınmış aktyoru Bred Bufanda intihar edib.

APA-nın xəbərinə görə, bu barədə “The Hollywood Reporter” məlumat verib

35 yaşlı aktyor özunə qəsd etməmişdən əvvəl məktub yazıb. Məktubun təfərrüatları açıqlanmır.

Bred Bufanda 2000-ci illərin əvvəlində çəkildiyi “Veronika Mars” serialından sonra məşhurlaşıb. Daha sonra o “Həyatımızın günləri”, “Malkolm diqqət mərkəzində”, "C.S.İ: Mayami” və “Möcüzələr” kimi seriallarda rol alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol