MODELİN BATDIĞI YAXTADA DEPUTATIN OĞLU DA OLUB! - Rəsmi təsdiq (Foto, Video)

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov son dərəcə bahalı yaxtasını satıb. Alqı-satqı Həbib Axundovun adı hallanan mübhəm ölüm işindən az sonraya təsadüf edib. 

Bu haqda Criminal.az saytı yazıb. Xəbərdə bildirilir ki, 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində ölüm baş verib. Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın olduğu yaxta dənizə çıxıb və model müəmmalı şəkildə Xəzərin sularına qərq olub. Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra G.Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb. Modelin dənizə kiminlə, kimin yaxtasında çıxması haqda rəsmi qurumlar bu günə qədər məğrur susqunluq nümayiş etdiriblər. Bilinən odur ki, Günel  Mirzəyeva 5 nəfər dostu ilə birlikdə dənizə yaxta gəzintisinə çıxıblar və o, dənizdə boğularaq ölüb.

Həmin vaxt dostları harada olub, ona niyə kömək etməyiblər, dostlarının ölümə hər hansı bir formada aidiyyatlarının olub-olmaması sualı bu günə qədər açıq qalmaqdadır.

Məsələ ilə bağlı Criminal.az saytı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ilə müraciət edib və elektron ünvanımıza sorğuladığımız sualların cavabları göndərilib. Sualları və verilən cavabları təqdim edirik:

Sual: 

-Günel Rəşid qızı Mirzəyeva 2017-ci il iyunun 26-da  hansı markalı su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxıb?

Cavab: 

-26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.

Sual: 

-Həmin su nəqliyyatı vasitəsi ölkəyə nə vaxt, kim tərəfindən gətirilib; kimlərin mülkiyyətində və istifadəsində olub?

Cavab: 

-Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.

Sual:

- G.R.Mirzəyeva su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxarkən həmin su nəqliyyatı vasitəsini kim idarə edib?

Cavab:

- Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub.

Sual:

- Həmin şəxsin su nəqliyyatı vasitəsini idarə etmək hüququ olubmu?

Cavab: 

- Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.

Sual:

- Xəzərin Bilgəh qəsəbəsi hissəsində su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsinə icazə verilir?

Cavab:

- Bu tip katerlərin texniki xarakteristikalarına görə sahildən uzaqlaşma məsafəsi 3 dəniz mili olduğu halda, Xəzər dənizinin xüsusiyyətləri nəzərə alınaraq gəmiyə Xidmət tərəfindən sahildən 2 mil üzmə məsafəsi icazəsi verilmişdir.

Sual:

-G.R.Mirzəyevanın ölümü ilə nəticələnən hadisə  ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin müvafiq qurumunun səlahiyyət sahiblərinin məsuliyyəti müəyyən olunubmu?

Cavab:

- Gəmi dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı" qiyməti verilmişdir. Sözügedən katerin 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub. Bədbəxt hadisə baş verən zaman gəmi texniki cəhətdən saz vəziyyətdə olub. Bədbəxt hadisənin səbəblərinin və şəraitinin təhlili nəticəsində Xidmətin vəzifəli şəxslərinin məsuliyyəti müəyyən olunmamışdır.

Sual:

- G.R.Mirzəyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi gün onun sərnişini olduğu su nəqliyyatı vasitəsində kimlər olub?

Cavab:

- Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan kiçikhəcmli gəmi sahiblərinin və ya istifadəçilərinin Xidmət qarşısında dənizə çıxma vaxtı və sərnişinlər barədə məlumat vermək öhdəliyi yoxdur.

Diqqətli oxucu sorğulanan sualları və cavabları oxuyub sual verə bilər ki, deputat oğlunun olaydan az sonra ölüm işində keçən bahalı yaxtasını satması, özgəninkiləşdirməsi arasında əlaqə varmı?

Sayt bu və digər suallara aydınlıq gətirilməsi üçün digər bir sorğu ilə Baş Prokurorluğa da müraciət edib.

H.Axundov sayta bildirib ki, sözügedən məsələ ilə mətbuata açıqlama verməkdən bezib.

''Deyilənlərin hamısını yayan bəzi insanlar var. Onların yaydığı informasiyalar sənə də çatıb. İş məhkəmədədir, məhkəmənin nəticəsi barədə məlumat tutarsız. Nə qız məsələsi? Mənim başqa işlərim var. Güneli isə tanımıram. Mənim yaxtam da yoxdur. Mənim daha heç nəyim yoxdur. Özünüz nə istəyirsiz araşrıdın. Nə istəyirsiniz yazın. Siz prokurorsuz, polissiniz ki, sizə məlumat gəlir? Sorğu verin, nə cavab alırsınız yazın. Məni daha narahat etməyin. Bu məsələ ilə bağlı heç bir fikrim yoxdur''-deyə H.Axundov deyərək telefonu sondürüb.


 

635x100

Şərhlər

dadaweve 2017-11-04 11:11:41

durdane, neydi seni bele willaq attiran,sogan yoxsa saman? Gor ozunu kimlerle muqayise edirsen, Cexov,Lenin, Nesimi ,yox bir dadawwteyn.Coxbilmiw adamsan,Azerbaycan dilinde bawqa hansi sozlerin ortasinda iki "w" herfi var?

dadaşyev 2017-11-04 11:11:41

dadaweve yazana davamı:Və sənə heç də elə gəlməsin şərhlərin millətə xeyri yoxdu.Mən özüm də çox zaman bəzi məlumatları xəbərin özündən çox ona yazılan şərhlərdən alıram.Xeyri olmağına ən adi sübut budur ki,"Leyla Şıxlinskaya" xəbərində bir xanımın sualna cavabım qanını elə qaraldıb ki,bura yazdığım şərh də yaralı yerinə toxununca susa bilməmisən.Amma yoldaş dadaşyevə elə cahilanə ironiya etdin ki,Nəsimi dayanammadı,dedi,"Ey dadaşyev,satmagil hər cahilə dürrü-Ədən,Cahilü-nadan nə bilir qiymətü-dürdanəni?"

dadaşyev 2017-11-04 11:11:41

dadaweve yazana:Aaaa,xatırladım,gülsatan qız.Ürək boşaltmaq işarələrin sayından asılı deyil,əksinə,işarələrin azlığı fikri qısa,lakonik deməyə məcbur etdirir adamı.Lakoniklik isə talantın bacısıdır,Çexova görə.Ümumiyyətlə isə,elə əcaib malzəmələr bolluğudur ki cəmiyyətimiz,adam Lenin kimi 55 cild yazsa da,yenə ürəyi sözlə dolub daşar.Belə əcaib,qaradan da tünd rəngdə olan cəmiyyət bir bizdədi,bir də Nigeriyada.Orada da neft gəlirlərini məmurlar elə yeyib dağıtdılar ki,indi hamısı acınnan günorta durur.

dadaweve 2017-11-04 11:11:41

Kamalina wukur muellim,senin ecazkar aglinin ,her Weyden bawinin cixmaginin( hele werhine gore yazarin cinsiyyetini teyin etmeyinin) bilirsenmi ne qeder millete xeyri var.Yaz,lap coxlu yaz ,hec kime imkan verme nese yazsin, ozun elede yetirsen ,ellezede? Sayta: by dadawbalanin iwaresinin sayini coxaldin ki, yaziq bir defeye ureyini bowalda bilsin.

dadaşyev 2017-11-04 11:11:41

"Meşədə armudun yaxşısını çaqqal yeyər" zərb-məsəlinin doğruluna yəqinlik hasil etmək üçün Bakını bir kruq fırlanmaq yetər.Hətta elə bahalı itlər görə bilərsiniz ki,10 min,20 min dollara,qarpız yeyirlər,tumlarını da çırttıyırlar.Mən Pirşağıda bir villada yekəqarın bir pişik görmüşdüm,osetrin kababı verirdilər deyə gələn gedəni vecinə almırdı,qoz kimiydi mən ölüm,kababı yeyəndən sonra arxası üstə uzanıb əlləri başının altında özünü günə verirdi.Bir tək eşşəyə arpa çox vermək olmaz,çünki qızışıb şıllaq atır.

Vətəndaş 2017-11-04 11:11:41

Bu xanımın milyonlarla daşınmaz əmlakının olduğu mətbuatda çox hallandı. Sonra da hənvətənlərimizin məcburiyyət qarşısında qalıb rusiyada bizneslə məşğul olmalarını "qul kimi işləmək" adlandırdı. Övladı da necədir nə işlə məşğulduur özü bilir. Bax belə bizim dövlət vəkillərimiz var. Hamısı belə və buna oxşar daha pis kriteriyaları olanları da var. Məmurlarımız kimi deputatlarımız da xalqa yox öz ciblərinə işləyir, öz bizneslərini böyüdür,qoruyur və s.

Müşahidəçi 2017-11-04 11:11:41

Törədilmiş bu hadisədə qəsdən və ya ehtiyatsızlıqdan adam öldürmənin əlamətləri olduğu açıq-aydın görünür. Hiss olunur ki, hadisədə diputat qadın oğlunun adı və kateri hallandığı üçün istintaqçı şübhəsiz ki, müəyyən təziq və təsirlərə məruz qalıb işi birtərəfli aparıb və nəticədə də obyektivlik pozularaq bu kimi ağır cinayət hadisəsinin üstü bağlı qalıb. Ancaq, diputat qadının bundan sonrakı təziqinə baxmayaraq vicdanlı prokuror və müstəntiq müəyyən ciddi əməliyyat-istintaq tədbirləri həyata keçirsə bu iş açıla bilər.

Şərli Helms 2017-11-04 11:11:41

Hədsiz absurd xəbər. Zərərçəkmiş tərəfin sorğusu və qalan dörd şahidən bircə ifadə yoxdur. Jurnalist təsdiqedici əsası olmadan informasiya atmosferini zibilləməklə heç nəyə nail ola bilməz.

t.ədalət 2017-11-04 11:11:41

Bu Həbibin adı keçməyən cinayət işi yoxdur.Hara baxırsan Həbib görünür.İlhamənin ogullugundan tutmuş Günelin ölümünədək.Bunun bir nəzarətçisi tapılmır?

REDAKTOR 2017-11-04 11:11:41

HƏYATİNDA MİLYONLARA NƏSİB OLAN VƏ BAKİNİN MƏRKƏZİNDƏ DƏBDƏBƏLİ HƏYAT SURƏN JURNALİST DEPUTAT ELMİRANİN DA OĞLU JURNALİSTLƏRİN PESƏ FƏALİYYƏTLƏRİNƏ TƏHQİRLƏ YANASANDAN SONRA MƏNİM DAĞDA YASAYAN MƏMURA NƏ SOZUM OLSUN Kİ?...

G.M 2017-11-04 11:11:41

Axundova Əlmiranın oğlunun istirahətinə qurban getmək..modelin xoşbəxtliyidir.Söhbət O Boyda YAP-çı Millət vəkili,biznesmen....və nəhayət iqtidar sözçüsündən gedir..yüzlərlə lazımsız məqalə və onlarca oxunmayan kitabların müəllifinin oğlunun məcəra dolu həyatından gedir.

Son yazılar