Menu

Azərbaycan tütün istehsalını 2 dəfəyə yaxın artıracaq

04.11.2017, 21:45
Azərbaycan tütün istehsalını 2 dəfəyə yaxın artıracaq

Azərbaycan 2018-ci ildə 6,5 min ton tütün istehsal etməyi proqnozlaşdırır.“Report” bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı üç il üzrə proqnozlarına istinadən xəbər verir.

Tütün istehsalında növbəti ildə 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 20,4% artım gözlənilir. Ümumiyyətlə, 2021-ci ilədək tütün istehsalının artırılmasının davam etdiriləcəyi və istehsalda 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 1,9 dəfə artımın baş verəcəyi nəzərdə tutulub.

Tütün istehsalının 2019-cu ildə 7,0 min tona, 2020-ci ildə 8,5 min tona, 2021-ci ildə isə 10,0 min tona çatdırılacağı planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol