Menu

Səudiyyə Ərəbistanı kralının qardaşı oğlu saxlanılıb - Korrupsiyaya görə

05.11.2017, 11:23
Səudiyyə Ərəbistanı kralının qardaşı oğlu saxlanılıb - Korrupsiyaya görə

Maliyyə fırıldaqçılığı və vəzifədən sui-istifadə etmək ittihamı üzrə saxlanılan Səudiyyə əmirləri arasında Səudiyyə Ərəbistanı kralının qardaşı oğlu, milyarder Əl-Vəlid bin Talyal bin Əbdül Əziz əs-Səud da var.

“Report” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ötən gün krallığın Korrupsiyaya qarşı Mübarizə Ali Komitəsi hakim ailədən olan 11 şahzadənin və bir neçə nazirin saxlanılması barədə qərar çıxarıb.

Hazırda onlar barəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol