Bakıda dana və quzu ətinin qiyməti ucuzlaşıb. Bir neçə gün əvvələ qədər 11-12 manata təklif edilən dana ətinin qiyməti 10 manata, 13 manata təklif edilən quzu ətinin qiyməti isə 11 manatda qərarlaşıb.
Ət kəsimi məntəqlərindəki satıcılar Modern.az-a bunun alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqəli olduğunu deyiblər.
Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.


Şərhlər
Eşşək ətidi əlbət.Bərdədən oğurlayıb gətiriblər,dünən dan yeri sökülənə yaxın Ələtə çatmamış kanalizasiya quyusuna salıblar,axşam şər qarışandan sonra qəssab xəlvət gəlib kəsib,leş bir yana,baş bir yana,hoydu dəlilərim hoydu,kilosu 10 manata.Qoduğunu da quzu əti kimi sırıyın millətə Lenin ordenli Bakıda.Gədəbəy aşıqları da gəlsinlər əyinlərində 37-ci ilin enkevede paltarı,ayaqlarında xrom çəkmə,aypara şəklində düzülüb tərif desinlər günümüzə:"Başı qarlı yatan dağlar,Dağlar eşşəyi neylədiz?"