2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsinə yekun vurulub."Qaynarinfo" xəbər verir ki, Azərbaycanın 17 yaşadək futzalçılardan ibarət komandası son oyunda Hollandiya ilə qarşılaşıb.
Oyun hollandların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda Slovakiyaya 0:12, ardınca Rusiyaya 0:20 hesabı ilə yenilən milli komandamız 3 matçda qapısında 39 qol görsə də, rəqib qapıçıları məyus edə bilməyib.
Qızlardan ibarət yığmamız isə Ukrayna ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Bundan əvvəl İtaliyaya 0:2, Portuqaliyaya 0:10 hesabı ilə uduzan komandamız 3 matçda 2 qol vurub,14-ünü buraxıb.


Şərhlər
Oynamağa getməyiblər ki.Məzələnməyə gediblər.Yaxşı pullar futbola,futzala axır,ona görə tirboyunlar-şişqarınlar-canlılar öz oğul-uşaqlarını,qohum-əqrəbalarını dürtüşdürürlər o komandalara ki,get gəz dünyanı gör,ye-iç kef çək.Biraz da böyü,görək neynirik,deputatdan-başçıdan zaddan.Hələ ki camaatda təpər yoxdu,dövran bizimdi.Bir qumara girişmə hələlik.Pul sel kimi gəlsin,sayını-hesabını bilmə,onda oynarsan.Nəşənin də üstündən çaxır içmə,yatdırır.Tamammı yavrum?Tamammı?Ulan ben sana diyorum,tamammı?Tamammı?