Menu

Karles Puçdemon Belçika polisi tərəfindən saxlanılıb

05.11.2017, 19:24
Karles Puçdemon Belçika polisi tərəfindən saxlanılıb

İspaniyanın Kataloniya muxtar vilayətinin sabiq rəhbəri Karles Puçdemon Brüssel polisi tərəfinndən saxlanılıb.

“Report” xəbər verir ki, faktı Brüssel Prokurorluğu təsdiq edib.

Qeyd olunur ki, o və Kataloniyanın dörd keçmiş naziri Belçika polisinə təslim olub.

Bundan əvvəl Puçdemonun Brüsseldə polis məntəqəsinə gəldiyi xəbər verilmişdi.

Noyabrın 3-də Belçika Puçdemonun həbsinə dair order alıb.

Şərhlər

dadaşyev 2017-11-05 19:24:17

Niyə?Nağayrıb ki bu?Hər hansı milli azlığın öz müqəddəratını təyin etmək hüququ yoxdurmu?Yoxdursa,bu adam düz eləməyibsə 20 ildən çoxdu ATƏT-in alkaş troykasını niyə başımıza dərd etmisiniz?Bunlara kabablar verə-verə qoyun əti də defisit oldu qalxdı,oldu 12 manat.Tikim onların kabab yeyən şişman dodaqlarını.Bizə Qarabağı sülhlə həll eliyin deyirlər,amma öz qulaqlarının dibində Kataloniya Qarabağ kimi ayrılmaq istəyəndə rəhbərini nazirləri qarışıq tutub mühakimə eliyirlər.Necə olur bu?Bu onunku.Bəs bununku?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol