Menu

Kilsədə qətliam törədənin şəxsiyyəti bilindi

06.11.2017, 09:46
Kilsədə qətliam törədənin şəxsiyyəti bilindi

ABŞ-ın Texas ştatında qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı polisdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir. Son məlumatlara görə, ABŞ-ın Sazerlend-Sprinqs şəhərində açılan atəş nəticəsində 26 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol