Nəsimi rayon Məhkəməsində “Nurgun Motors” şirkətlər qrupunun rəhbərinin oğlu Nurxan Əliyevin məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N. Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.
Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.
“İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını təhqir edib. Polisin “Saxla!” əmrinə tabe olmayan sürücü ikinci “Saxla!” əmrindən sonra avtomobili dayandırıb. N. Əliyev polis bölməsinə aparılıb.
***

Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib. N.Əliyev inzibati qaydada məsuliyyətə cəlb olunub.











Şərhlər
Belkede polis rusvet almasa hec kim polisde ise duzelmek istemez hem tehluke baximindan hem isin ciddi mesuliyyetinden hemde reisleri terefinden soyulгrler! Men sexsen ne ozum me de aile uzvulerimin polis olmasina razi olmaram!
AY MILLET SADELOVH OLMAYIN. O USHAGIN DEDESI GECE GUNDUZ POLIS REISLERI, ICRA STRUKTURLARI ILE RUMKA RUMKA VURUB YEYIB ICHIB PAY PURUSH EDEN SHEXSLERDEN BIRIIR. POLIS TUTDU SIZ DE INANDIZ. USHAGIN OZ DEDESI GORXUSUNNAN POLISE GONAGLIG BOYUN OLUB O USHAGI BESH ON GUN ICERI BASDIRIB KI, REZKI NURGUNE NALOG EMILER YOXLAMA ZAD GONDERMESIN HA HA HA. GULUMSEYIN CENABLAR GULUMSEYIN )))))
ƏHMƏDƏ DAHA BİR XATİRLAMA- QEYD ETDİYİNİZ KİMİ SURUCULƏRİN YOL QƏZALARİNDA NECƏ-NECƏ ADAM VURUB OLDURULMƏSİ FAKTİNA GƏLİNCƏ BİNİN DA SƏBƏBKARLARİNDAN ƏN BASLİCASİ DYP-DİR.NİYƏSİNİ DƏ DEYİM. YOL HƏRƏRKƏTİ QAYDALARİ HAQQİNDA QANUNDAN XƏBƏRİ OLMAYAN, AMMA EVİNDƏ OTURUB SURUCULUK VƏSİQƏSİ ALAN SURUCUƏRDƏN XƏBƏRİN VARMİ? YAXUD DYP ƏMƏKDASLARİNİN SƏRXOS SURUCULƏRDƏN BAKİ SƏHƏR DYP İDARƏSİNDƏ CƏRİMƏSİ 360 MANAT OLDUXU HALDA 700 MANATDAN BASLAYARAQ 1200 MANAT RUSVƏT ALMALARİNDAN XƏBƏRİN VARMİ? YOXDURSA MƏN DEYİM..
Qardaş yazmışdım axı sürcülərin bəzi şikayətni başa düşürəm, indi sən demək istəyirsən hamı əlinə dəynək alıb düşsün yola, biz balaca 17 ilini yenicə tamamlayan müstəqil Dövlətik , Cəmiyyətimizin hər sahəsində qüsurlar mövcüddür, bunu kim danır ki? amma bu o dəmək deyil ki, kimin bir balaca pulu və dayısı var diyə avtomobili ilə hamını tədqid etməlidir. Sən statiskadan yazırsan araşdır bir gör bu il 2017-ci ildə nə qədər sürücü adam vurub öldürüb və nə qədər avtomobil qəzalarında adam ölüb, bunlar nədi hamısı ağıllı sürücülərdi?
Təbii ki, yol polisinə əl qaldırmaq düzğün deyil, amma bəzən onlar bilərəkdən vətəndaşları incidirlər ki, onlara qarşı kobud hərəkətə yol versin və onu həbs etsinlər. Onu da qeyd edim ki,DİN orqanlarında polis adına yaraşmayan işlər görən əməkdaşlar da çoxdur. Məsələn bu yaxınlarda 473 nömrəli DYP avtomobilində xidmətdə olan SADİQOV ORXAN ELXAN oğlu avtomobilimi saxlayıb qaydanı pozduğumu bildirdi və mən ona cəriməni yazın dedikdə o utanmadan biz bunu aşağı qiymətə də həll edə bilərik deyə söylədi
Qanuna gore qayda pozuntusu yoxdursa polis avtomobili saxlaya bilmez amma polisin yaxsi behanesi var: ickili olduguna subhe yaranarsa! Demeli bele cixir ki, hamini ickili olduguna subhe edib saxlamaq olar?!
Sadəlövhə.A kişi,dediyindən qat-qat artığından xəbərdarıq,narahat olma.Biz bilməyən şeyə qurd düşər.İşində ol.Önəm vermədiyimiz üçün geniş şərh yzamırıq.
ƏHMƏDƏ BİR SOZUM VAR-HANSİ SİKAYƏTDƏN HANSİ MƏHKƏMƏDƏN DANİSİRSİNİZ? DYP ƏMƏKDASLARİNİN GƏNCƏDƏ SURUCUDƏN QANUNSUZ PUL, RUSVƏT TƏLƏB ETMƏSİLƏ BAĞLİ VİDEO GORUNTULƏRİ PROKURORLUĞA TƏQDİM EDƏN SURUCUYƏ CAVAB VERİLİB Kİ, GUYA SURUCU BİR QƏDƏR ƏVVƏL DUKANDA ALVER EDİB, DUKANA BORCLU QALİB O DA ZƏNG VURUB HƏMİN YOL POLİSİNƏ Kİ BU NƏMRƏLİ MASİNİ SAXLA DUKANİN PULUNU SURUCUDƏN AL! İNDİ BU NAĞİLLA CİNAYƏT İSİNİN BASLANİLMASİNİ DA RƏDD EDİRLƏR. BELƏ DOVLƏT NUMAYƏDƏLƏRİNƏ, BELƏ QANUN KESİKCİLƏRİNƏ SOZUN NƏ ƏHMƏD?
QƏRİBƏ VƏZİYYƏT YARANİB. HARDA İMKANLİ, VƏZİFƏLİ SƏXSLƏR VAR ONLARA VƏ YA AİLƏ UZVLƏRİNƏ DYP TƏRƏFİNDƏN CİDDİ PROBLEMLƏR YATADİLİR.YA DOYULUR, YA TƏHQİR EDİLİR YA DA TABECİLİK GOSTƏRİLMİR.SON BİR NECƏ İLİN STATİSTİKASİNA BAXİLSA DYP ƏMƏKDASLARİNİN BELƏ HƏRƏKƏTLƏRİNƏ RAST GƏLMƏK OLAR DAVRANİS QAYDALARİNA ƏMƏL ETMƏYƏN, YAXUD SURUCULƏRİN ƏSƏBLƏRİNİ GƏRGİNLƏSDİRƏN SOZ VƏ DAVRANİSLAR NƏTİCƏDƏ QALMAQALA SƏBƏB OLUR. AMMA DYP ACİQ-ASKAR RUSVƏT ALMASİNDAN DANİSAN YOXDU. NİYƏ?GOY-GOL RAYON PROKURORLUĞU BUNA MİSALDİR
YP-i əməkdaşları sırasında qərəzli PULDAN ötəri bütün vicdansızlıqa ğedənlər var.AMMA ralarında namuslu vətənə, xalqına,dövlətə və şəxsiyyətinə hörmətlə yanaşan namuslu işcilər də coxdur.Onların dərdi gəlsin belə ......
Dünyanın heç bir ölkəsində bu qədər yol polisi yoxdur. Az qalıb sürücülər qədər də onlardır.Hər biri də özünü yüksəkdən aparırlar( yəqin ki,rüşvətlə işə qəbul olunduqlarından özlərini toxunulmaz hesab edirlər.Bu qədər DYP kimə və nəyə gərəkdir.Onlara verilən bahalı BMV-lərin,yüksək maaşların ( hətta mükafatları), yüksək pensiyalarını da hesanblasaq,bunun budcə dağıtmaq olduğu bəlli olar.Hələ bir söhbət gedir ki, sürücülərdən yığılan yüksək məbləğdə cərimə pulları büdcəyə daxil olmur,bəzi təşkilatlara ...
Mən sürücülərin bəzi şikayətlərini başa düşürəm, amma polisə əl qaldırmaq yekəbaşlıqdır. Pis yada yaxşı yaddan çıxarmayın o polislər Dövlətin rəsmi nümayəndəsidir. Onlara əl qaldırmaq Azərbaycan dövlətinə əl qaldırmaq deməkdir. Bütün şikayətləri məhkəmədə çürütmək olar. DİN-də polis seçimində rüşvətlə işə götürməyi yox, yüksək əxlaqı dəyərlərə sahib insanlara üstünlük verilməlidir.Bəziləridə deyirçi bunları ləğv eləmək lazımdır, onların qorxusu olmasa bəzi dəli sərsəm sürücülər milləti basıb tapdalayarlar. Hələlik şəhərdə özlərini ağıllı sayan sürcülər əlindən piyada yolunda yerimək olmur. Hamısı maşınını piyada yolunu tutaraq saxlayır. Hələ bina evlərinin bloklarının ağzını demirəm az qala maşınlarını mərtəbədə yataqlarının yanında saxlayacaqlar. Piyada gəzin sağlam olun.
Lap yaxşı eliyib,qadasın alım onun.Qaişniklər işçi yox,bir təbəqə olublar respublikada.Qaişnik yox,"Dəlidomrulnik"lərdi bunlar.Ləğv eləmək lazımdı bir silk kimi bunları.(respublikada cahil çoxdu deyə elə biləcəklər "silk" söyüşdü,yox kardeşim,silk təbəqə deməkdir)
Bura azerbaycandi deyib kecmeyin.gedin naxcivana gorun yol polisi nece olur bir surucunu bele incitmezler yersiz saxlamazlar vasif talibov haqqinda cox danisirdilar ancaq men naxcivani gedib gorende o insana hormetim artdi heqiqeten kisi kompleks is gorub memurlar sade insanlardan secilmirler
Əcəb eliyib sərxoş sürücünü saxlayıblar..Ancaq yerdə qalanlar fantaziyadır.YPX işçisi başını sürücünün ağızına soxmasa ,başından böyük hərəkətə yol verməsə,sırtıqlıq edib hədyan danışmasa heç vaxt ağızına yumuruq ilişdirməzlər.Şəxsən mənə qarşı bir dəfə elə böhtan atıblar ki,özüm də belə sifətdə insanların həyatda mövcud olmalarına təəssüf eləmişəm.