Menu

"Azərbaycan deputatlarını qınayırıq" - NATO İnstitutu

29.06.2014, 20:18
"Azərbaycan deputatlarını qınayırıq" - NATO İnstitutu

Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova və digər millət vəkilimiz Rəbiyyət Aslanovanın “Azadlıq” radiosunun “Rusiya Ukrayna ərazisini işğal edibmi?” sualına verdikləri cavaba görə NATO Əməkdaşlıq İnstitutu narazılıq ifadə edib.Axar.az xəbər verir ki, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov 20 faizdən çox ərazisi Rusiyanın açıq dəstəyi ilə işğal olunan bir ölkə deputatlarının bu cür danışmağa haqqının olmadığını qeyd edib: “NATO Əməkdaşlıq İnstitutu bu məsələləri nəzarətdə saxlayır və bununla bağlı konkret işlər görəcəyini bəyan edir. Millət vəkilini və vitse-spikeri səhv diplomatiya yürütdükləri üçün qınayır. Bu cür diplomatik səhvləri Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndiririk. NATO Əməkdaşlıq İnstitutu hər iki deputatı atdıqları addımlarda ehtiyatlı olmağa çağırır”.

Qeyd edək ki, dünən hər iki millət vəkili “Azadlıq” radiosuna verdikləri müsahibədə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini və beynəlxalq hüquq normalarının qorunmasının vacibliyini bildirsələr də, Rusiyanın Krımı anneksiya etməsinə konkret cavabdan imtina ediblər.

Xatırladaq ki, Azərbaycan BMT-də keçirilən səsvermədə Ukraynanın ərazi bütövlüyünə səs verməklə, iradəsini ortaya qoyub və Krımın anneksiyasına münasibət bildirib. Hər hansı millət vəkilinin verdiyi cavab isə Azərbaycanın xarici siyasəti demək deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol