Menu

"Xərclənən vəsait qarşılığını almadı..." - Acı etiraf

06.11.2017, 12:23
"Xərclənən vəsait qarşılığını almadı..." - Acı etiraf

Bu il Formula 1 Azərbaycan Qran Prisi üçün Sabir və Sahil bağlarında satılmış ucuz biletlər gələn il satışa çıxarılmayacaq.

Trend-in məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib ki, bu il Sabir və Sahil bağlarında satışa çıxarılmış biletlərə maraq o qədər də çox olmadı:

“Formula 1 rəhbərliyi də biletlərin bu qədər ucuz olmasına təəccübləndi. Ancaq təəssüflər olsun ki, həmin ərazilərə maraq gözlədiyimiz qədər olmadı və xərclənən müəyyən vəsait qarşılığını almadı. Ona görə də gələn il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün Sabir və Sahil bağlarında biletlər satışa çıxarılmayacaq”.

B.Özərdim əlavə edib ki, gələn il üçün 30 min bilet satışa çıxarılacaq: "Yarışdan gələn gəlirlərin artırılması istiqamətində işlər aparılır. Bu məqsədlə VIP yerlər üçün biletlərin sayının artırılması nəzərdə tutulur".

Şərhlər

Oqtay 2017-11-06 12:23:23

Çox pis. Danışmışıq bütün kəndi gətirməyə millət nə edəcək gecə gündüz fikirləşirik ki nə vaxt yarış başlayacaq bizdə baxacağıq camaat axırıncı inəyini satıb bilet pulu düzəldib sizdə qiyməti qaldırdınız indi məcbur olub evlərini satacaqlar Biletlər VİP olduğuna görə bahadır millət məcbur olub evini satır ailələr dağılır insafınız olsun ucuzlaşdırın yoxsa nümayişlər ola bilər ki birdən pul çatmaz baxa bilmərik ondan sonra özünəqəsd edənlər çoxalacaq sizdə günaha batacaqsınız. İnsafınız olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol