«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Donald Tramp son 70 ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən qeyri-populyar prezidenti sayılıb.
Bu nəticəni «Vaşinqton post» qəzeti ilə ABC telekanalının keçirdiyi birgə sorğu təsdiqləyib.
Araşdırmanın nəticələrinə əsasən, respondentlərin 60 faizi Trampın dövlət başçısı kimi fəaliyyətini bəyənməyib. Amerika liderinin reftinqi onun xarici və daxili siyasət fəaliyyəti üzrə vətəndaşların narazılığı baxımından bərabər dərəcədə enməkdədir.
Bu fikiri «Exo Moskvı radiosuna verdiyi müsahibədə tarix elmləri doktoru,Rusiya dövlət humanitar universitetinin professoru Viktoriya Juravlyova səsləndirib.
Juravlyova qeyd edib ki, əgər bü istiqamətlərdə ciddi addımlar atılmazsa, Trampın reytini daha da aşağı düşə bilər.


Şərhlər