Menu

Bakıda 27 yaşlı oğlanın meyiti tapılıb

06.11.2017, 16:44
Bakıda 27 yaşlı oğlanın meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkarlayaraq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol