Menu

Ərdoğan Rusiyaya səfər edəcək

06.11.2017, 17:01
Ərdoğan Rusiyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.

APA-nın "Haber7"yə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Səfər zamanı əsas müzakirə mövzusu Suriya olacaq. R. T. Ərdoğan Rusiya tərəfindən Soçidə keçirilməsi planlaşdırılan Suriya Xalqları Konqresinə kürd qruplaşması PYD-nin dəvət olunması ilə əlaqədar narazılığını çatdıracaq. Türkiyə PYD-YPG qruplaşmasını terror təşkilatı sayır.

R. T. Ərdoğan Rusiyadan sonra Küveytə səfər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol