Menu

Ankara Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib

06.11.2017, 17:20
Ankara Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Mustafa Tuna Ankara Böyükşəhər Bələdiyyəsinə sədr seçilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu AKP baş katibinin müavini Erol Kaya açıqlayıb.

Müxalifətdə olan Cümhuriyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası namizəd irəli sürməyib.

Qeyd edək ki, oktyabrın 28-də Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek istefa verib. O, 8 min 617 gün (23,6 il ) bu vəzifədə olub. AKP Ankara, Bursa və Balıkəsir böyükşəhər bələdiyyələri sədrlərinin istefası ilə bağlı qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol