Menu

Moskvada tutulan aksiya iştirakçılarının sayı açıqlanıb

06.11.2017, 21:31
Moskvada tutulan aksiya iştirakçılarının sayı açıqlanıb

Rusiya polisi və Milli Qvardiyanın əməkdaşları Moskvanın mərkəzində ictimai asayişi pozan 302 nəfəri saxlayıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin saytında bildirilib.

Saxlanılanlar barəsində inzibati cəza haqqında protokol tərtib olunub.

Qeyd edək ki, ötən gün onlar Moskvada icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstəriblər.

Bir müddət əvvəl 263 nəfərin tutulması barədə xəbər yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol