Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel arasında dördtərəfli telefon danışığı olub. Dövlət başçıları Ukraynadakı situasiyanı müzakirə edib.
Ukrayna mətbuatının məlumatına görə, Almaniya və Fransa liderləri əsas diqqəti ölkədə vəziyyətin sabitləşdirilməsi üçün vacib olan addımlara yönəldiblər. Onlar atəşkəs rejiminin uzadılmasının, dialoqun davam etdirilməsinin və Kiyevin irəli sürdüyü sülh planlının reallaşmasının vacibliyini xüsusi qeyd ediblər.
Olland və Merkel Rusiya və Ukrayna prezidentlərini və Poroşenkonu atəşkəsə nəzarət və sülh planının gerçəkləşməsi mexanizmi üzərində işləməyə çağırıblar.


Şərhlər