Menu

Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok

07.11.2017, 00:27
Səudiyyə şahzadəsi güllələnərək öldürüldü - Şok

Səudiyyə Ərəbistanının keçmiş kralı Fahdın oğlu şahzadə Əbdüləziz ibn Fahd təhlükəsizlik qüvvələri ilə baş verən silahlı atışmada öldürülüb.Axar.az xəbər verir ki, bu sözləri ABŞ Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı Əli H. Sofan Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, 44 yaşlı şahzadəni həbs etmək üçün gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə onun mühafizəçiləri arasında silahlı atışma yaşanıb.

Bu zaman Fahd aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Əbdüləziz ibd Fahdın ölüm səbəbi hazırda dəqiq bilinmir. Bəzi mənbələr onun ürəktutmasından öldüyünü iddia edib.

Şərhlər

dadaşyev 2017-11-07 00:27:57

Sovet vaxtında Moskva vasitəsiylə dünyaya açılmışdıq deyə intellektual səviyyəmiz üstün idi.Mədəniyyətimiz,ədəbiyyatımız,incəsənətimiz,adamlığımız yüksək səviyyədəydi.Bakıda,AZİ-də ərəbi,həbəşi-filanı görəndə bildirməsək də özümüzü onlardan üstün hesab edirdik,onlara geri qalmışlar kimi baxırdıq.İntelllektual səviyyəmiz yüksək idi deyə cazla,opera-baletlə,simfoniyalarla maraqlanırdıq.İndi cahilləşmişik deyə bu cahillərə tay olmuşuq,xəbərlərimiz də əsasən bu başı dəsmallılardandı,pulları çoxdu deyə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol