“Azərbaycanın dövlət strukturları cənab prezidentin iş mexanizminə uyğunlaşmalıdır”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin komitələrinin birgə iclasında büdcə müzakərləri zamanı bildirib. O qeyd edib ki, dövlət struktukturları prezidentin fəaliyyətini yaxından izləməli, onun iş mexanizmini mənimsəməli və fəaliyyətlərini ona görə qurmalıdırlar.
S. Novruzov deyib ki, büdcənin strukturunda dəyişiklik aparılmalıdır: “Mən 20 ildir Milli Məclisdə büdcə təsdiqində iştirak edirəm, ele eyni şey gəlir. Filan yerdən azaltdıq, flıan yeri artırdıq. Cənab prezident mütəmadi sərəncamlar verir, qərarlar qəbul edir, sürətli islahatlar gedir. Büdcə strukturu da buna uyğunlaşmalıdır. Büdcə strukturunun müasir formasını tapmaılyıq. Büdcəmiz keçmiş sosializm dövründəkindən fərqlənməlidir. Yeni və fərqli büdcə strukturumuz olmalıdır. Keçmiş sosializmdən fərqlənməliyik”.

Şərhlər
A kişi,əgər 20 ildir büdcə təsdiqində iştirak edib görmüsənsə elə eyni şey gəlir,21-ci il büdcə təsdiqində iştirak etmə.Əgər görsən ki,21-ci il eyni şey gəlmədi,demək 20 il ona görə eyni şey gəlib ki,çünki 20 il büdcə təsdiqində sən iştirak etmisən.Elə ki bunu anladın,əl çək daha bu işdən,bil ki,büdcə təsdiqi sənlik deyil.Elminə,biliyinə,ağlına görə olmasa da heç olmasa zahiri görünüşünə uyğun bir iş tap.
Men her defe by muellimin mubarek simasini sizin saytda gorende cox boyuk pozitiv enerji (lezzet) aliram , Allah by muellimi by millete cox gormesin, milletimizin esl simasidi!!!