Menu

Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 89-a çatıb

07.11.2017, 23:27
Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 89-a çatıb

Vyetnamda baş verən qasırğa nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb, 18 nəfər itkin düşmüş hesab edilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ayın 4-dən Vyetnamda tüğyan edən “Damri” qasırğası irimiqyaslı daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.

Hazırda 100 mindən çox yaşayış evinin su altında qaldığı bildirilir. Məlumata əsasən, təbii fəlakət ən çox Kxanxoa əyalətində yerləşən Nyaçanq kurort şəhərinə ziyan vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol