Menu

"Ehtiyac meyarının məbləği artırılmalıdır" - Hadi Rəcəbli

08.11.2017, 13:47
"Ehtiyac meyarının məbləği artırılmalıdır" - Hadi Rəcəbli

“Azərbaycanda ehtiyac meyarının məbləği artırılmalıdır”.

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edildiyini deyən komitə sədri bu məbləğin artırılmasının zəruri olduğunu qeyd edib: “Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Ötən il də bu məbləğ 116 manat idi. Maliyyə Nazirliyi bu məbləğin artırılmasını təmin etsə, yaxşı olar. Çünki ünvanlı sosial yardımın təmin edilməsində ehtiyac meyarı əsas götürülüb”.

Komitə sədri əlavə edib ki, 2018-ci il üçün yaşayış minimumunun məbləğinin dəyişdirilməsinə isə ehtiyac yoxdur.

Qeyd edək ki, büdcə zərfində 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.

Şərhlər

t.ədalət 2017-11-08 13:47:30

Allah günahsız xalqı bu ölçülərdən uzaq tutsun!Görəsən,Hadi müəllim bu məbləglə neçə saat yaşaya bilər?

dadaşyev 2017-11-08 13:47:30

Deyəsən orden alandan sonra istəmisən minimum əmək haqqıynan,minimum pensiyaynan bir ay yaşayasan,baxasan görək yaşamaq olurmu.İki gün zorla yaşamısan,üçüncü gün dəhşətə gəlmisən ki,ayın axırına hələ 27 gün var,nəynən yaşayacağam.Ona görə düşünmüsən ki,birdən gələn il təyin etməzlər məni deputat kreslosuna,onda nə yaparam yau?Qoy indidən deyim,artırsınlar pensiyaları.Təyin edərlər,nə yaxşı,yenə 5 il aybaay duru yerindən deputat maaşı alıb yeyərəm.Təyin etməzlərsə də pensiyam əla olar.Rasional düşünür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol