Menu

Pentaqon Alyaskada 44 ədəd RƏM sistemli raket yerləşdirib

08.11.2017, 16:13

raket1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi (MN) «Boeinq» şirkəti ilə birgə, Alyaska ştatının Fort Qrili hərbi bazasında rakettutucu raketlərin yerləşdirilməsini başa çatdırıb («RİA Novosti»).

İndi bu ərazidə 44 belə kompleks var. Rəsmi məlumatlara görə, onlar Şimai Koreya və İran tərəfin raketləri ilə mübarizə aparmaq üçündür.

Bu günlərdə Ağ Ev vəsaitlərin yenidən paylaşdırılması və Alyaskada daha 20 «tutucu» raketin yerləşdirilməsini təmin etmək məqsədilə Konqresə sifariş göndərib. Sentyabrda isə Pentaqon, raket əleyhinə müdafiə (RƏM) sistemlərinin daha 136 milyon dollarlıq maliyyələşdirilməsini təklif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol