Səudiyyə Ərəbistanında baş verən misli görünməmiş proseslər dünyanın diqqət mərkəzindədir. Virtualaz.org xəbər verir ki, vəliəhd şahzadə Muhammed bin Salmanın əmri ilə kral ailəsinin üzvlərinin və məmurların, iş adamlarının ötən həftə sonundan başlayan həbsləri davam edir. Həbs olunanların bank hesabları və digər aktivləri dondurulub, məlumatlara görə həbs siyahısında 500-dən çox adamın adı var.
Bu arada “The Wall Street Journal” qəzeti yazıb ki, vəliəhdin rəhbərlik etdiyi korrupsiyaya qarşı mübarizə üzrə Ali komitə cəmi 800 milyard dollarlıq aktivləri və bank vəsaitlərini müsadirə etməyə hazırlaşır. Bu aktivlər həbs olunan şahzadələrə və məmurlara, biznesmenlərə məxsusdur. İndiyədək 60-dan çox adam həbs olunub, onlara qarşı çirkli pulların yuyulması, dövlət vəsaitlərinin mənimsənilməsi, hakimiyyətdən sui-istifadə, rüşvətxorluq kimi ittihamlar irəli sürülüb. Həbs olunanlar Ər-Riyaddakı beşulduzlu “Ritz Carlton” otelində saxlanılır.
Qəzetə məlumat verən mənbə deyib ki, müsadirə olunan aktivlər dövlətə veriləcək. Lakin bu aktivlərin xeyli hissəsi xaricdə olduğu üçün onların Səudiyyə Ərəbistanına gətirilməsi çətin görünür. Bununla belə əgər nəzərdə tutulan aktivlərin bir qismi belə müsadirə edilsə Səudiyyə Ərəbistanı maliyyə vəziyyətini xeyli düzəldə bilər. Neftin ucuzlaşmasından sonra bu ölkə ehtiyatlarını sürətlə xərcləyib, hətta xaricdən borc almalı olub.
Analitiklər Səudiyyə Ərəbistanında baş verən prosesləri kral Salmanın sevimli oğlu və vəliəhdi Muhammedin atasından sonra hakimiyyəti öz əlində cəmləşdirmək məqsədi ilə izah edirlər.

Virtualaz.org xatırladır ki, bu təmizləmənin əsas qurbanları arasında kralın ölkənin maliyyə institutlarını, KİV-ləri və ordunu nəzarətlərində saxlayan yaxın qohumları yer alır. Bunların arasında 11 şahzadə, bir neçə keçmiş və indiki məmurlar, iri telekanalların rəhbərləri, əsas qoşun növlərinin komandanları, o cümlədən Citibank, Twentieth Century Fox, Apple, Twitter və Lyft kimi nəhənglərin iri səhm paketlərinin sahibi, dünyanın ən varlı adamlarından biri yer alır.
“Bu o deməkdir ki, siz günlərin birində səhər yuxudan oyanırsınız və Uorren Baffetin, habelə ABC, CBS və NBS telekanallarının rəhbərlərinin həbs edildiyini görürsünüz”-bunu ABŞ-ın nüfuzlu “The New Yorker” dərgisinin əməkdaşı Robin Rayta kemiş yüksək rütbəli amerikalı məmur deyib.
“Dövlət çevrilişinin bütün əlamətləri ortadadır. Səudiyyə Ərəbistanı başqa ölkəyə çevrilir. Bu krallıq heç vaxt indiki kimi qeyri-stabil olmayıb”-mənbə sözlərinə davam edib.
Kral ailəsində həyata keçirilən bu təmizləmələrin nəticəsində qlobal fond bazarlarında və neft birjalarında çaxnaşma yaranıb. Noyabrın 6-da həbslərin hələ davam etdiyi haqda xəbərlər gəlirdi, təmizləmələrin nə zaman başa çatacağına dair heç bir məlumat yoxdur.
Həm kral ailəsinin tənqidçiləri, həm tərəfdarları hesab edirlər ki, təmizləmələrin arxasında vəliəhd şahzadə Muhammed bin Salman dayanır. Hansı ki, 2015-ci ildə atası onu müdafiə naziri təyin edəndə Muhammedin nüfuzu sürətlə yüksəldi. Həmin vaxt vəliəhdin cəmi 29 yaşı var idi. O, ultramühafizəkar cəmiyyəti modernləşdirəcəyini vəd etdi. Vəliəhd bunu həyata keçirmək üçün əvvəlcə iqtisadiyyat sahəsində mühüm layihələr və proqramlar üzərində nəzarəti ələ aldı, o cümlədən məhkəmə, siyasət və təhlükəsizlik sahəsini nəzarətinə götürdü.

Bu ilin iyun ayında Muhammed keçmiş vəliəhd şahzadə Nayefi yolunun üstüdən götürdü və vəliəhd şahzadə statusu aldı. Şahzadə Nayef isə deyilənlərə görə hələ ev dustağıdır. Sentyabr ayında isə Muhammed tanınmış ziyalıların və dini liderlərin bir qrupunu həbs etdirdi.
Ötən şənbə günü, noyabrın 4-də kral Salman yeni Antikorrupsiya komissiyası yaratdı və vəliəhd şahzadəni onun rəhbəri təyin etdi. Və dərhal hakim ailədə həbslər başladı.
“Hazırda Səudiyyə Ərəbistanında diktaturanın maraqlı forması yaranır. Muhammed bin Salman ali liderə çevrilir”-bunu tanınmış səudiyyəli şərhçi, hazırda sürgündə olan Camal Haşoqqi deyir. Ali lider statusu hazırda dünyada təkcə İrandadır.
Ekspertlər hakim ailədə bu təmizləmələrin motivini belə əsaslandırmağa çalışırlar ki, görünür vəliəhd şahzadə xəstə və yaşlı atasının hakimiyyətdən getməsi ərəfəsində hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır. Hansı ki, ata və oğulun bu dueti artıq tamamilə fərqli kral ailəsi yaradıb, yüzlərlə digər şahzadələr bu ailədən kənarda qalıb.
“İndi Səudların hakim sarayı və bütün dünya bilir ki, vəliəhd şahzadə Muhammed bin Salman 81 yaşlı atasının mümkün ölümündən sonra taxt-tacı əldə saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır”-Vaşinqtondakı Vudro Vilson mərkəzinin elmi əməkdaşı David Ottauey bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının tarixində heç vaxt belə hadisələr baş verməyib və belə təəsürat yaranır ki, krallıq hazırda aydın olmayan perspektivlərlə yad əraziyə qədəm qoyur.

Vəliəhd şahzadənin səlahiyyətlərinə aktivlərə həbs qoymaq və viza qadağası tətbiq etmək də daxildir. Bildirilir ki, kral ailəsinin çoxsaylı üzvlərinə ölkəni tərk etmək qadağağı qoyulub. Səudiyyənin əsasını qoyan İbn Səudun 40 oğlu və bundan da artıq qızları olub. Hazırda onun törəmələrinin sayı 6-15 min arasındadır.
1953-cü ildə İbn Səudun ölümündən sonra onun oğullarının birinci nəsli kral tacını böyük oğuldan kiçik oğula ötürə-ötürə davam etdilər. Onlar ölkəni konsensus əsasında idarə edirdilər. Lakin indi hər şey fərqlidir. Nəvələrin arasından önə çıxan gənc şahzadə bütün qalan iddiaçıları qabaqlayıb.
“Heyrətamizdir ki, bütün bunlar metodik şəkildə edilir. Vəliəhd tədricən bütün narazıları susmağa, yaxud kənara çəkilməyə və ortadan yox olmağa məcbur etdi. Onu heç kim dayandıra bilmədi. O, bütün opponentlərinə üstün gəldi”-bunu Obama administrasiyasında Milli Təhlükəsizlik Şurasının üzvü olmuş, hazırda İnternational Crisis Group-un vitse-prezidenti Robert Molli deyir.
Kral ailəsindəki bu radikal dəyişikliklər Tramp administrasiyası tərəfindən dəstəklənir. Asiya səfəri ərəfəsində, təmizləmələrin başlamasından cəmi bir neçə saat əvvəl Donald Tramp prezident təyyarəsinin göyərtəsindən kral Salmanla telefon əlaqəsi yaradıb və onun vəliəhdini “mötədil, sülhpərvər və tolerant region” yaartmaq səylərinə görə tərifləyib. Bildirib ki, bu, Səudiyyənin firəvan gələcəyi və terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinin dayandırılması, radikal ideyalar üzərində birdəfəlik qələbə qazanılması üçün zəruridir.
Təsadüfi deyil ki, Tramp özünün ilk xarici səfərini də Ər-Riyada edib. Ötən ay isə onun kürəkəni Cared Kuşner heç kimə elan etmədən artıq üçüncü dəfə idi ki, Səudiyyə Ərəbistanına baş çəkirdi. Rəsmi versiyaya görə onun səfərində Yaxın Şərqdə dinc nizamlama prosesi müzakirə olunmuşdu. Lakin Cared Kuşner təxminən onunla həmyaşıd olan vəliəhd şahazadə ilə dostluq münasibətləri yaradıb. Görünür ki, kral ailəsinin Tramp ailəsi ilə sıx əlaqələri vəliəhdə radikal təmizləmələri rahatca həyata keçirməyə imkan yaradıb.

Maraqlıdır ki, bu təmizləmələrlə eyni vaxtda vəliəhd özünün “Viziyon 2030” adlı nəhəng proqramının prezentasiyasını keçirib. Bu proqram iqtisadiyyatın şaxələndirilməsini, neftdən asılılığın ardan qaldırılmasını, o cümlədən səhrada, Qırmızı dənizin sahilində 500 milyard dollara başa gələcək nəhəng, modern və muxtar statusa malik olacaq şəhər salmağı nəzərdə tutur. Hərçənd analitiklər vəliəhdin bu proqramının effektivliyini dərhal şübhə altına alıblar.
Vəliəhdin regiondakı strategiyası onsuz da uğur gətirmir. Onun əsas xarici siyasət addımı müdafiə naziri təyin olunan kimi Yəmənə hərbi müdaxilə oldu. Hansı ki, bu əməliyyatda Səudiyyə ordusu yüzlərlə əsgər itirdi, Yəməndə isə bombardmanlardan çoxlu dinc sakin həlak oldu. Nəticədə Səudiyyə Ərəbistanının Yəmən hərbi kampaniyası iflasa uğradı. Vəliəhdin Qətərin blokadaya alınması planı da iflasa uğrayıb. O, istəyirdi ki, Qətər də Bəhreyn kimi sözəbaxan olsun, lakin Qətər təslim olmadı və Türkiyənin, İranın dəstəyi sayəsində ayaqda qaldı.

Hələlik isə həbslər məsələsinə qayıdaq. Haşşoqi deyir ki, tutulanların korrupsionerlər olduğuna heç bir şübhə yoxdur. Çünki hakim ailə başdan ayağa korrupsiyalaşıb, korrupsiya 40-50 ildir ki, Səudiyyəni içəridən yeyib dağıdır. Lakin bu, həbslərin əsas səbəbi deyil.
Həbs olunanlar arasında Maykl Blumberq, Bill Geyts, Rupert Merdok kimi nəhənglərlə təmasda olmuş şahzadə əl-Valid bin Talal da var. O, 17 milyard dollarlıq sərvətin sahibidir. Bin-Talal hakimiyyətdə heç bir rəsmi vəzifə tutmurdu və siyasətçi deyildi, hərçənd 2012-ci ildə ərəb baharının gec-tez Səudiyyəni də bürüyəcəyini, bunun qarşısını almaq üçün siyasi islahatlar aparmağın vacib olduğunu demişdi.
Şahzadə əl-Valid habelə Trampın əleydarı kimi tanınır. Hərçənd o, vaxtilə Trampın yaxtasını və Nyu-Yorkda daşınmaz aktivini alıb. Bununla belə 2015-ci ildə Tvitterdə yazmışdı: “Donald Tramp-siz təkcə Respublikaçılar partiyası üçün yox, bütün Amerika üçün ləkəsiniz. Seçki kampaniyasını tərk edin, çünki heç vaxt qalib gələ bilməzsiniz”.
Bir neçə saat sonra Tramp Tvitter-də ona cavab vermişdi: “Axmaq şahzadə əl-Valid bin-Talal bizim amerikalı siyasətçiləri qalaq-qalaq pulların hesabına nəzarətdə saxlamaq istəyir. Mən seçiləndə o, bunu edə bilməyəcək”.
Həbs olunanlar arasında ən nüfuzlularından biri də Milli qvardiyanın rəhbəri, mərhu kral Abdllanın oğlu Miteb bin Abdalladır. İndiki vəliəhddən 40 yaş böyük olan Miteb bin Abdalla əvvəllər potensial kral sayılırdı. O, ölkənin ən güclü qoşun növünə komandanlıq edib, hansı ki, həmin qoşunun vəzifələrinə kral ailəsinin qorunması da daxildir.

Vudro Vilson mərkəzindən David Ottuey deyir ki, şahzadə Mitebin həbsi 32 yaşlı özündənrazı vəliəhd Muhammed bin Salmanın krallıqda şəxsi diktaturasını qurmaq istədiyin göstərir. Hansı ki, bu cəhdlər Səudarın evində bundan sonrakı illər ərzində sabitliyi ciddi laxlada bilər.

Şərhlər
... inşallah xalqın pulunu yemek haramdl qazı işıgı benzini qaldırıb xalqa zülm etmek böyük günahdı
Bizde o geder de olmasa 300 milyarda soz yoxdur.Derd orasindadir ki,bizdeki bashibelali pullarin aidiyyeti oldugu adamlarin icinde azeri yoxdur.Onlarin ise hamisi erebdir...
Bizim möhtərəm Prezidentimiz də inşallah cənab baş prokuror Zakir qaralova ele bir göstəriş versə dövlət büdcəsi dolar və korrupsiyaya,rüşvətxorluqa son qoyular.
Adicə bir misal.Hansisa bir komitə sədrlərinin,idarə rəhbərlərinin,baş mühasiblərin milyardlara bərabər var-dövləti varsa,görün nazirlərin,nazir müavinlərinin,DİN,MN və başqa qurumların və həmin qurumların baş mühasiblərinin var-dövlətlərini nə qədərdir,tonlara ABŞ dolları ilə ölçmək belə cətin olar.
A balam,tarixə yəhudi ekskursu etməyin.ABŞ-ın 17 trilyon açığı var,ilin də sonu yaxınlaşır.Bir trilyona yaxın Səudiyyədən almağı planlaşdırıb Amerika.O biri körfəz ölkələrinin üçü veriblər,bircə Qətər vermək istəmədi,odur ki ABŞ Səudiyyə başda olmaqla digər ölkələri onun üstünə salmaq istədi,Türkiyə dərhal Jandarma qüvvələrini Qətərə göndərdi ki,Qətər mənimdi,yoxsa dağıdaram,ABŞ geri durdu,çünki Türkiyənin 6 donanmasından birisi intihar donanmasıdı.Nəticədə Qətərə silah satmaqla işi bitirdi ABŞ.
A balam,tarixə yəhudi ekskursu etməyin.ABŞ-ın 17 trilyon açığı var,ilin də sonu yaxınlaşır.Bir trilyona yaxın Səudiyyədən almağı planlaşdırıb Amerika.O biri körfəz ölkələrinin üçü veriblər,bircə Qətər vermək istəmədi,odur ki ABŞ Səudiyyə başda olmaqla digər ölkələri onun üstünə salmaq istədi,Türkiyə dərhal Jandarma qüvvələrini Qətərə göndərdi ki,Qətər mənimdi,yoxsa dağıdaram,ABŞ geri durdu,çünki Türkiyənin 6 donanmasından birisi intihar donanmasıdı.Nəticədə Qətərə silah satmaqla işi bitirdi ABŞ.
Əşi bir sülalə yeyib dağıdıb Ərəbistanı,termit qarışqaları kimi qabaqlarına nə keçsə,taxta-dəmir-balıq-gəmi-dəvə dodiba gəmiriblər,kral da baxıb ki heç onu cevizinə alan da yoxdu,məktublar bölməsinə deyib zəhmətkeşlərdən məktub gəlirmi?O bölmədə də poçtalyon Səidə olub,deyib hamısı qara məktublarıydı deyə verəmmədim vaxtında,Məzahir dedi mən verərəm krala,o da verəmmədi,dedi ki səninçün 100 ton daşıyaram,amma bunu demək olmur da.Mən də dedim mən elə bildim səninçün asan olar.Odur ki gec oldu,yeyib sökdülər.
cox gulmelidi biz iri addimlarla ireli sonrada iki addim geriye
ABŞ dövləti milyonlarla para xərcləyərək FBİ kimi idarə saxlamasına heç bir etiyac yoxdur.Bir levi green card düzəldib dadaşyev müəllimə versələr o tək bütün FBİ əzəzinə onlardan qat qat keyfiyyətli çalışar.