Menu

ADMİNİSTRASİYA MAHMUDOVUN HƏBSİNİ ANONS EDİR! - "Ayın 10-da yenə ifadə verəcək və onu həbs edəcəklər"

08.11.2017, 17:57
ADMİNİSTRASİYA MAHMUDOVUN HƏBSİNİ ANONS EDİR!  - "Ayın 10-da yenə ifadə verəcək və onu həbs edəcəklər"

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı yeni siyasi qərarın verildiyi ilə bağlı şübhələr öz təsdiqini tapır. Belə ki, artıq bilavasitə Prezident Administrasiyasından idarə olunan saytlarda sabiq milli təhlükəsizlik nazirinin həbsi anons olunur. "AzPolitika.info"nun məlumatına görə, bu gün günorta saatlarından başlayaraq, PA-nın nəzarəti altındakı saytlarda Eldar Mahmudovun 2 gündən sonra həbs olunacağı barədə informasiyalar verilir.

Belə məzmunlu məlumatlarda bildirilir ki, noyabrın 10-da Eldar Mahmudov növbəti dəfə - artıq 3-cü dəfə ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılacaq. Burda onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Eldar Mahmudovun həbs təhlükəsi həqiqətənmi çox ciddidir? Bu suala indi birmənalı cavab vermək çətindir. Şübhəsiz ki, sabiq nazirin həbsi istisna oluna bilməz - 2 ildən sonra gözlənilmədən istintaqa cəlb olunması onun üçün belə bir təhlükənin real olduğunu göstərir. Lakin müşahidələr belə deməyə əsas verir ki, hakimiyyətin məqsədi E.Mahmudovu həbs etmək yox, daha çox psixoloji təzyiqlə onu nəyəsə məcbur etməkdir. Bugünkü həbs anonsuna da bu kontekstdən yanaşmaq olar.

Görünür, E.Mahmudov həbs olunmamaq üçün üzərinə götürdüyü hansısa öhdəlikləri tam olaraq yerinə yetirmək istəmir. İlkin olaraq köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun həbsi ciddi nəticə vermədiyindən onun özünü artıq 2 dəfə istintaqa cəlb ediblər. Lakin belə "profilaktik tədbirlər" də ciddi nəticə verməyib - bu səbəbdən üçüncü "ziyarəti" və həbsi anons edirlər.

Rasim ƏLİYEV

AzPolitika.info

Şərhlər

Dadaşyevə G.M 2017-11-08 17:57:55

Siz elə düşünməyin ki,bəzi oxucular,yazdıqlarınızın hamısını anlayırlarmı)))))).. bir sıra ``qudrətli`` Siyavuşsevər qorxur ki,bəzi klanlar E.Mahmudovun taleyini yaşayacaqlar.Əslində düz də fikirləşirlər.Gənc Mollanın baş hərfini ``G`` özlərinin və sevdiklərinin adlarının qarşısında anladıqları kimi yaşayanların qələmlərinin sınması dövrü yaxındadır.

Katda 2017-11-08 17:57:55

Bes ..... esas ordan başlamalıdır cenablar besdirin sizin esl rusperest üzünüzü xalq gördü ne qeder rusya siyasetini azerbaycanda kopya edirsiz

oxucu 2017-11-08 17:57:55

Siz də çox ağıllı adamsız.

Oxucu 2017-11-08 17:57:55

Bu adam chox sirrleri bilir ve bu sebebden, ona tezyiq etmek, hakimiyyet uchun boyuk tehluke yarada biler.
E. Mahmudovdan istintaq ifadesi alindiqini metbuata bildiren hakimiyyet, hiyleger oyuna bashlayib ki, xalqi aldatsin ve sakitleshdirsin , amma hakimiyyet unudur ki, 2 il kechenden sonra bu cur "teatr" chox sehvdir.

Fuad 2017-11-08 17:57:55

Güya siz hardan idarə olunursunuz

dadaşyev 2017-11-08 17:57:55

Ay həzərat,gəlin sizə söyləyim.Nəinki tutacağıq,hətta tutduq demək,içəri atdıq demək bu adam üçün deyil.2700=dən çox sirrli videonu silmək o qədər də asan məsələ deyil...Qaranlıq otaqda qara pişik məsəlidir bu,necə tutasan,Youtube-a verilməyibsə?Tutularsa verilə bilər.Veriləndən sonra necə silinə bilər?Silinsə də gec olmazmı?Dünya "hop" deyə almazmı o videoları?Bu adam çox ağıllı və bacarıqlı adama oxşayır.Ağıllı adamları sevirəm.

Axad 2017-11-08 17:57:55

Hansi saytlardi ki bela bir informasiyani yazan ? Bosh bosh sohbetlerdi hansisa sayt ozune piar etdirmek uchun "sensassiya" yazir.

Sade Vetendas 2017-11-08 17:57:55

Yeni bu dediyiniz nagila ozunuz inanirsiz? !

gulam 2017-11-08 17:57:55

Həkim və ya müəllim 10 manat alanda adini rüşvət goyub bütün mətbuat və efirdə nümayiş etdirirsiniz bəs bu dövlətin milyardlarini yeyənlər hagginda bir ganuni gərarlar cixaracaglarmi.

emin 2017-11-08 17:57:55

sizin demeyivizden bele cixir bugun hebs olunacaq.burdanda aydin gorunurki... iw adamlari sahibkarlar bow sohbetdi sadece gozden perse asmaqdi

dadaşyev 2017-11-08 17:57:55

G.M-ya dadaşyevdən:Şərhlərinizi həmişə oxuyuram və ləzzət alıram.Kütlənin dərin yuxuda olan hissəsinin dediklərimizi başa düşmədiyi ilə razıyam,çünki "Qalada yatmış idim,top atdılar oyanmadım" mahnısını sevənlərdi qanan vaxtlarından.Saz ilə söhbət ilə oyana bilirlər ancaq.Onunçün isə Gədəbəy aşıqları kimi qazan papaq qoymaq lazımdı.Qalada növbət çəkən,qulağının dibində top atsalar da oyanmayan,yalnız saz ilə oyanan adamdan millətə nə xeyir?Oyanınca təbii ki "Q" söhbəti edəcək,gördüyü odu,bənd olmayın yəni.

G.M 2017-11-08 17:57:55

))))))))))))))))))))))))Ay sizin nağılınız olsun..Ayə E.Mahmudovun həbsi yaxud da ki,əhvi nəyi dəyişəcək.Niyə öz başınıza çarə qılmırsınız.Xəbəriniz varmı ki,``paket maaşların`` ləğvindən sonra Vergilər Nazirliyindən və digər qurumlardan ərizəylə adamlar necə işlərindən gedirlər..







Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol