Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov Türkiyədəki yaxtasını satışa çıxardıb.
Azxeber.com-un əldə etdiyi məlumata görə, atasının işdən çıxarılmasından sonra iş adamı təkcə Azərbaycandakı deyil, xaricdəki mülklərini də satışa çıxardıb. Belə ki, A.Məmmədov Türkiyədəki "Only One” adlı yaxtasını nə az, nə çox düz 19 milyon avroya satışa qoyub.
Məlumata görə, sözügedən yaxta A.Məmmədovun Londondakı şirkətinə aiddir. Bütöv adı "Baglietto Only One” adlanan yaxtanın satış elanı "M Blue Yacht”da yerləşdirilib. Yaxtada əyləncə, idman zalları olmaqla 5 otaq mövcuddur.
Mənbənin sözlərinə görə, bu yaxta Anar Məmmədovun tez-tez ziyarət etdiyi məkan olub. O bu yaxta ilə qonaqlarıyla bir neçə dəfə uzun səfərlərə də çıxıb.
"Baglietto Only One” nın satışını isə Nərgiz adlı azərbaycanlı qadın həyata keçirir. Bu qadının Anar Məmmədovun Türkiyədəki biznesinin idarəsində məsul şəxs olduğu bilinir.





Şərhlər
Oğul çaldığını da götürüb çıxıb aradan,birbaş Londondakı 70 milyonluq villasına.Dədənin isə əlindəkilər alınmalıdır ki,nazirlikdəki yüz milyonlarla yeyintisi ödənilsin,ondan sonra hara istəyir getsin.Yəni həbs söhbəti yoxdur.Çünki guya tutmaq istəyənlər bir gecə bunun yuxusuna girib Yastı Salman rolunda.Yastı Salman guya deyib ki,qorxmayın,zibillərinizin üstünü açmaram.Bu da ilahinin qüdrətindən o saat Lal Hüseynə çevrilib,deyib ki,nə zibil canım,nə yemişiksə hamımız birlikdə yeməmişikmi?Adə bazardu dəə.
Azada:Rəsmi olaraq son 15 ildə Azərbaycan yollarına,körpülərinə 20 milyard manat pul qoyulub.Dollar 78 qəpik olan illərdə.Yəni 25 milyard dollara qədər pul qoyulub.Daha doğrusu büdcədən ayrılıb.Və qeyri-rəsmi xalq hesabı belədir ki,bu ikilik həmin vəsaitin 5-6 milyard dollarını çırpışdırıb.
avtovağzalın puludur!!!
Buna kim ixtiyar verib ki, xalqın yaxtasını satışa çıxarsın? Heç elə şey yoxdur.Onun üzünü qara bazarda satışa çıxarıb keçidən də ucuz qiymətə ermənilərə satmaq daha doğeusu sıramaq lazımdır.Ay sən öləsən ki,millətimizin balalarının boğazından kəsib oğurladığın pulları öz adına çevitdirib xaricdə kef edəcəksən. Ucarın Qazıqumlaq kəndindəki uçuq daxmanız yadındadırmı?Vaxtın olanda dədənlə bir yerdə otur o daxmanı xatırla və müasir dünyada gedən proseslərə nəzər sal.Səncə sən o pulları üyüdə biləcəksənmi?
Talan-qarətin həddi nə qədər böyük olubsa tək bir məmurun yaxtası 19 milyondur. Allah bilir bu məmur xalqın 100 milyonlarla bəlkə də milyardla ölçülən pulunu oğurlayıb,mənimsəyib. Dünyanın heç bir ölkəsində belə olaylar yoxdur, xalq bu qədər talanmır.
Ay millət,indi başa düşürsənmi iki qonşu xalqın,erməni və Azərbaycan xalqının daima düşmən vəziyyətdə təqdim edilməsinin kimlərə nə kimi yararları var?Bu adam nəinki müharibədə,heç əsgərlikdə olmayıb.Yaxtalardan,şirkətlərdən,assosiasiyalardan başqa Londonda 70 milyonluq villada oturur hərəmxanələri və qulluqçularıyla.Anla nəhayət kimdi sənin düşmənin.O yoxsa bu?
Bəh-bəəəh!Yaxtaya bax ee.Bu hələ Türkiyədəki yaxtasıdı,daha doğrusu,yaxtalarından birisidi.19 milyona olanıdı.Britaniya,İspaniya,Karib sularında olanlar satlıq deyil hələ ki.70 milyonluq villalarda yaşaya-yaşaya,19 milyonluq yaxtalarda dünya gözəlləriylə osetrin kababı yeyə-yeyə,ABŞ konqressmenlərinə 4 ildə 12 milyonluq kabab ziyafətləri verə-verə 25 ildir ki,millətin başının altına xalis Qarabağ yunundan yumyumşaq yastıq qoyula bilindiyi üçün o yuxarıdakı şəkildə əl çalıb gülür bu qeyri-adi bəxtli oğlan.