“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün satışa çıxarılmış biletlərin 60 faizdən çoxu satılıb. Lent.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq 67200 biletin 45 mini satılıb.
Biletlərin qiyməti 2 manatla 200 manat arasında dəyişir.
Qeyd edək ki, oyun noyabrın 22-də saat 21:00-da start götürəcək.


Şərhlər
Biz uşaq vaxtı "Neftçi"nin oyununa baxmağa heç vaxt pul verməmişik,oyun başlayandan 5-10 dəqiqə sonra "adə hurreeey" deyib divarlara dırmaşıb atılmışıq içəri,oradan da tribunalara.Milis tuturdu hərdən,amma nə edəcəkdi ki?Tuturdu buraxırdı.Bir deyildik,beş deyildik,bir neçə məhəllə gedirdik,ənazı 70-80 nəfər.İndi camaat mədəni olub.Pul verir.