Argentina millisinin üzvü Lionel Messi DÇ-2018-də favorit gördüyü yığmaların adlarını açıqlayıb.Qol.az-ın məlumatına görə, “Barselona”nın hücumçusu Argentina mətbuatına açıqlamasında İspaniya, Fransa, Almaniya və Braziliya millilərini daha şanslı hesab etdiyini bildirib.
“Ən pisi o olar ki, qrup mərhələsində İspaniya ilə qarşılaşaq. İspanlar bizim üçün çox çətin rəqibdir. Məncə, İspaniya ilə yanaşı, Fransa, Braziliya və Almaniya da DÇ-2018-in əsas favoritləridir. Buna baxmayaraq, hamımız çempionluğu arzulayırıq” – deyə Messi bildirib.


Şərhlər
Qrup mərhələsində İspaniyayla yox,bizim millimizlə qarşılaşmaq pis olar Argentina üçün.Çünki ötən illə müqayisədə bu il hər hektardan taxıl yığımını 35 sentnerə çatdırmışıq ki,bu da 2,3 faiz artım deməkdir.Əhalinin də gəlirləri o qədər artıb ki,millət pulunu qoymağa yer tapmır,hamı bir-birindən banka,balon istəyir.Soruşanda ki nəyinə lazımdı,deyir heeç,qatıq tutajam.Nizami kinoteatrının sol tərəfində də iki polis hələ də xəlvətdə dayanırlar ki,keçiddən keçməyəni görən kimi şığıyıb ştraf eləsinlər.