Menu

Gədəbəydə 27 yaşlı gənc qətlə yetirilib

09.11.2017, 22:48
Gədəbəydə 27 yaşlı gənc qətlə yetirilib

Gədəbəydə qətl hadisəsi törədilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü İbrahim Həsənəliyev mübahisə zəminində həmkəndlisi 1984-cü il təvəllüdlü Rəşad Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxs ailəli olub, 2 azyaşlı övladı var.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol