Menu

Səudiyyə Ərəbistanında növbəti kütləvi həbslər: Yüzlərlə saxlanılan var

09.11.2017, 23:32
Səudiyyə Ərəbistanında növbəti kütləvi həbslər: Yüzlərlə saxlanılan var

Səudiyyə Ərəbistanının baş prokuroru əl-Mucib Səud korrupsiya işlərinin araşdırılması çərçivəsində 208 nəfərin tutulduğunu, sonradan onlardan 7-sinin azadlığa buraxıldığını bildirib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla belə, baş prokuror istintaq sirrinə istinad edərək bu mərhələdə saxlanılanlarla bağlı şəxsi məlumatları açıqlamaqdan imtina edib.

Xatırladaq ki, bazar günü Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salmanın rəhbərliyi altında Korrupsiya ilə mübarizə üzrə Ali Komitə təxminən 40 nüfuzlu şəxsin saxlanılması barədə göstəriş verib. Onların arasında kral ailəsinin üzvləri, nazirlər, hərbçilər və sahibkarlar var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol