Bakıda köməksiz vəziyyətdə qalmış uşaqlar xilas ediliblər.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 2 azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.


Şərhlər