«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, tanınmamış «Luqansk xalq respublikası» (LXR) Ukraynanın tərkibinə qayıtmağa hazır olduğunu bildirib.
Tanınmamış respublikanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladislav Deyneqo yerli televiziyanın efirindən deyib ki, Kiyevlə əlaqələri tamamilə kəsməyə dünya birliyi dözməyəcək.
Bununla yanaşı, nazir əvəzi qeyd edib ki, «LXR və DXR Ukrayna dövləti çərçivəsində tam sərbəstliyə malik olmalıdırlar».
Onun sözlərinə görə, məhz bu yolla getmək lazımdır ki, dünya birliyi tərəfindən tanına bilsinlər.


Şərhlər
Ay bedbextler sizde qarabag ermenileri kimi ukraynadan boşanıb ruslaramı ere getmek isteyirsiz onsuzda ruslarln saxtakar oldugnu dünya bilir ona görede işxalcl ruslardan aralı dururlar bezende hec yaxın buraxmırlar