Menu

Mayk Taysonu ölkəyə buraxmadılar

10.11.2017, 00:02

taysonƏfsanəvi boksçu Mayk Tayson Çiliyə daxil ola bilməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna “Dəmir” Maykın xarici vətəndaşlarla bağlı qanunu pozması səbəb olub.

Bu barədə Çili polisinin Tvitter hesabında məlumat yayılıb. Belə ki, Çili qanunlarına əsasən ölkəsində narkotik vasitə ilə bağlı cinayətdə əli olan şəxslər sərhəddən buraxılmaya bilər.

Qeyd edək ki, 2007-ci ildə narkotik vasitədən istifadə və saxlanılma ittihamı ilə 24 saat azadlıqdan məhrum edilib. Ona 3 il şərt həbs cəzası verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol