Menu

"Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq" - Komitə

10.11.2017, 12:50
"Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq" - Komitə

Əgər kimsə fikirləşirsə ki, Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə din tədris olunacaq, bu, mümkün deyil. Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” konfransında çıxışında deyib.

Bunun səbəbini açıqlayan G.İsmayılov bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olduğundan, orta məktəblərdə din tədris oluna bilməz: "Lakin dinlə bağlı bilikləri özündə ehtiva edən fənn tədris olunmalıdır və olunur. Orta məktəblərdə şəriət tədris oluna bilməz. Ancaq dinlə bağlı bilikləri verən fənn tədris oluna bilər ki, bununla bağlı "Həyat bilgisi" adlanan dərslik var. Məsələ burasındadır ki, "Həyat bilgisi "dərsliyinin içərisindəki mövzuları yetərli hesab etmirik".

Komitə rəsmisi hesab edir ki, orada dinlə bağlı mövzuları dərinləşdirmək lazımdır.

Onun sözlərinə görə, bütün dinlər, xüsusilə də islamla bağlı şagirdlərə dini məlumatların verilməsi artırılmalıdır: "Əgər biz şagirdlərə həmin məlumatları verməyəcəyiksə, o, mütləq kənarda bu məlumatları alacaq. Bu məlumatlar isə bizim dinimizə, marağımıza uyğun olmayacaq. Bu nöqteyi-nəzərdən gənclərin beyni, ürəyi üzərindən savaş gedir. Bizim bu savaşı qazanmağımız, gənclərimizin zərərli təriqətlərə qoşulmaması üçün orta məktəblərdə dinlə bağlı məlumatları verən fənnin tədrisi vacibdir. Fənnin adının nə olmasından asılı olmayaraq, orta məktəblərdə bütün dinlərlə, xüsusilə də islamla bağlı məlumatların verilməsi gücləndirilməlidir".

Şərhlər

dadaşyev 2017-11-10 12:50:45

Dinin dövlətdən ayrılığı dinin məktəblərdə tədris olunmamasına bəraət verə bilməz.Din nə qədər sıxılarsa o qədər kükrəyib beyinlərə hakim olar.Təsir əks-təsirin on qat,yüz qat artığına çıxa bilər.Böyüyəndə özlərini itirənlərin,daima özlərini axtaranların cəmiyyətində yaşamamaq üçün uşaqlıqdan dini adam kimi öyrətmək lazımdır.Sinədöyməyi-yaxa baş cırmağı,1400 illik yas mərasimləri qurmağı yox,imanı öyrətmək lazımdır.Din dövlətdən ayrıdır o deməkdir ki,xilafət deyil,yəni xəlifə,imam yoxdur dövlət idarəsində.

dadaşyev 2017-11-10 12:50:45

davamı: Yəni əksəriyyət belə anlayır ki,dinin dövlətdən ayrı olması onun lazımsız bir şey olması deməkdir.Xeyr,sadəcə,dövlət idarəçiliyinin şəriətdən kənar olması deməkdir.Osmanlının yerində Türkiyə qurduğunda Atatürkün önündə ABŞ prezidenti Vilsonun tələbi xilafətin aradan qaldırılması,yeni dövlətin şəriətlə idarə olunmaması idi.Atatürk də milli xilas naminə buna getdi.Amma şəriət dövlətdən ayrı olsa da türklərin beynindən getdimi?Budur 100 ildən sonra Ərdoğanın timsalında yenə islamlaşmırmı Türkiyə?

--- 2017-11-10 12:50:45

Böyük Yaradan, Tanrı hər bir vicdanlı, imanlı-insaflı adamın ürəyində olur. Əgər yoxdursa dərs-təlim hec nə verməyəcək. Xain də, oğru da, rüşvətxor da Allaha and icir.

Məlahət Mürşüdlü 2017-11-10 12:50:45

Oxucu Dadaşovla razıyam. Din mövhumatı, fanatizmi, cahilliyi təbliğ edən mollalar tərəfindən deyil, elm adamları tərəfindən bir əxlaq, mənəviyyat dərsi olaraq tədris edilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol