Menu

Türkiyə ilk pomidor partiyasını Rusiyaya yolladı

10.11.2017, 16:45
Türkiyə ilk pomidor partiyasını Rusiyaya yolladı

Türkiyənin "Agrobay" şirkəti Rusiyaya pomidor idxalına başlayıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri bildirib.

Bu, Türkiyə məhsullarına embarqonun aradan qaldırılmasından sonra Rusiyanın Türkiyədən ilk pomidor tədarüküdür.

Şirkət rəhbəri bildirib ki, artıq ötən gün pomidor yüklənmiş ilk yük maşınları Moskva və Sankt-Peterburqa yola düşüb. Onun sözlərinə görə, 2018-ci ilin may ayınadək 5 min ton pomidor Rusiyaya tədarük olunacaq.

Qeyd edək ki, Rusiya noyabrın 1-dən etibarən Türkiyə istehsalı olan pomidorların Rusiyaya tədarük edilməsinə icazə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol