Menu

“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub” - ABŞ generalı

10.11.2017, 20:20
“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub” - ABŞ generalı

Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bəyan edib.

“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, deyə C.Harriqan bildirib.

Noyabrın 4-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemi Yəməndə buraxılan raketi vurub. ABŞ prezidenti Donald Tramp insidentə görə rəsmi Tehranı ittiham edib.

Şərhlər

dadaşyev 2017-11-10 20:20:35

İki il qabaq Suriyanın şimalından,Kobanidən İŞİD-in atdığı və Türkiyənin Hatay şəhərinə düşən bombalar da Amerikanın olub.İndi Türk ordusunun Afrinə girəcəyi zaman Afrindəki PKK-nın da türk əsgərinə atacağı bombalar,güllələr,mindikləri BTR-lər,BMP-lər,hər cür haubitsalar,binokllar,kamuflyajlar hamısı 3500 TIR-la ABŞ-ın kürdlərə verdiyi deyilmi?İran bəlkə də puluyla satıb,İran satmaz başqasından alar Yəmən.Amma ABŞ PKK-ya hədiyyə verib,hədiyyə deyəndə ki,türklə vuruşmaq üçün verib.Pulsuz yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol