Menu

 “Azəravtoyol” qış mövsümünə tam hazırdır" - Saleh Məmmədov

10.11.2017, 20:48
 “Azəravtoyol” qış mövsümünə tam hazırdır" - Saleh Məmmədov

“Azəravtoyol” ASC-nin qış mövsümünə hazırlığı ilə bağlı sentyabr ayından əmr verilib”.

“Report” xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, qurumun qar təmizləyən maşınları var və onların hamısı qışa hazırdır: “Artıq Bakı şəhərinin yollarının qardan və buzdan təmizlənməsi üçün qum və duz ehtiyatı görülüb. Belə ki, 5000-ə yaxın duz ehtiyatı toplanılıb. Eyni zamanda 3000-ə yaxın respublika yollarına xidmət edən qış maşın mexanizmləri var. Noyabrın 15-dən sonra “qış təbili” çalınacaq. Qeyd edim ki, son iki ildə yağış və qar dövründə fəlakətli vəziyyətlə üzləşməmişik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol