Menu

«Turizm sahəsi pambıqçılıqdan gəlirlidir» - Özbəkistan Prezidenti

11.11.2017, 10:10

ozbek-bash-nazir-300x188«AzPolitika.info»-nun Özbəkistan KİV-ə istinadla verdiyi xəbərə görə, Özbəkistan Prezidenti Şövkət Mirziyeyev bəyan edib ki, ölkənin Səmərqənd vilayəti pambıqçılıqla müqayisədə, turizmdən dəfələrlə artıq gəlir əldə edir. Prezident fikrinin təsdiqi kimi bu məumatları Səmərqənd vilayət xalq deputatları Şurasının noyabrın 9-da keçirilmiş növbədənkənar sessiyasında səsləndirib (Kun.uz.).

Prezidentin sözlərinə görə, təkcə Səmərqənd vilayətində turistlər 2017-ci ildə 480 milyard sum (59,6 milyon dollar) pul xərcləyiblər.

«Baxmayaraq ki, bölgənin fermerləri il ərzində ağır işlər görürlər, onların gəlirləri cəmi 52 milyard sum (6,5 milyon dollar) təşkil edib. Bu iki rəqəm dəqiq göstərir ki, pambıqçılıqla müqayisədə, turizm bir neçə dəfə artıq gəlir gətirir» - deyə, Prezident qeyd edib.

Bununla bərabər, Prezident bildirib ki, turizmlə müqayisədə bölgənin pambıqçılıq potensialı xeyli məhduddur.

Şərhlər

dadaşyev 2017-11-11 10:10:38

Turizm sahəsi pambıqçılıqdan gəlirlidir,çünki turizmdə pripiska eləmək olmur.Pambıqçılığın əksinə olaraq turizmdə sayı az göstərmək xeyirlidir ciblərə.Filan qədər turist gəlibsə otel pulları təxminən filan qədər eləməlidi,hanı,niyə yoxdu?Cavab qısa və aydındı:gələnlərin hamısı oteldə qalmır ki,yarıdan çoxu kirədə oturur,hamı kimi dükandan ət alıb evdə bişirir.Sərhəddən keçmək saylarını az göstərəmmirlər,çünki gömrükdə giriş-çıxış möhürü vurulmalıdı.Gürcülərə halaldı vallah,turizmlə dünyanın 10-luğundadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol