Menu

Ermənilər sutka ərzində atəşkəsi 124 dəfə pozub

11.11.2017, 10:46

cebheErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Şərhlər

dadaşyev 2017-11-11 10:46:01

Ermənilərin sutka ərzində atəşkəsi 124 dəfə pozmasına baxmayaraq Anar Məmmədov İstanbuldakı 19 milyonluq yaxtasında osetrin kababı yeyə-yeyə yaxtasına müştəri gözləyir böyük bir ehtimalla.Satammazsa yaxta ilə yenə dünya kruizinə çıxacaq böyük bir ehtimalla,"bir tur atacak yani belki kruiz zamanı iyi bir müşteriye rastladı diye".Gəlib səngərdə kasıb-kusubla bir sırada dayanası deyil ki,hər şeydən başqa mədəsi əsgər yeyən yeməkləri götürməz,gəyirə-gəyirə qalar yəni.Yazıqdı,ponçikdi,papanın balası,a qudi qudi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol