Menu

Jirinovski Kremlin separatçılara pul verməsinə qarşı çıxdı

11.11.2017, 13:46
Jirinovski Kremlin separatçılara pul verməsinə qarşı çıxdı

Abxaziya Rusiyadan dəmiryollarının bərpası və inkişafı üçün aldığı 2 milyard rublluq borcu geri qaytarmayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.

“Abxaziya bu borcu və ondan əvvəlki borcların heç birini qaytarmayacaq. Cənubi Osetiya da verməyəcək. Artıq xeyirxah olmağı dayandırmaq lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, Abxaziya Gürcüstanın tərkib hissəsidir. Moskvanın dəstəyi ilə burada qondarma respublika qurulub. Kreml onun müstəqilliyini 2008-ci ildə tanıyıb.

Şərhlər

Oğruya doğru 2017-11-11 13:46:00

Deyəsən, RLDP sədri Kremlin "xosunlaşma"sı ilə Kərkük türkmənlərinin neftini "çırpışdıracaq" separatçılara öncədən milyard dollar ötürməsinə heç münasibət bildirməyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol