Menu

Rayonlardan birinin Baytarlıq İdarəsinin rəisi işdən çıxarılıb

11.11.2017, 14:35
Rayonlardan birinin Baytarlıq İdarəsinin rəisi işdən çıxarılıb

Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi Nazir Cəfərov işdən çıxarılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bununla bağlı əmri kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıb.

Məlumata görə, N.Cəfərov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

İdarə rəisi vəzifəsinə yeni təyinat olmayıb və bu iş müvəqqəti olaraq rəis müavini Habil İsmayılova tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol